“Yenə o bağ olaydı”

 

 

Xaçmazdakı səyyar sərginin vaxtı uzadılıb

 

YARAT Müasir İncəsənət Məkanının Xaçmaz şəhərində incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgisinin vaxtı uzadılıb. Sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq.

 

Qeyd edək ki, ekspozisiyada Ag­̆ababa Bag­̆ırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ag­̆arazıyeva, Leyli Qafarova kimi gənc sənətc­̧ilərin və italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanas­̧ı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəs­̧irova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müs­̧ayiət olunur. Həmçinin YARAT “Nargis Magazine” ilə birgə əməkdaşlıq çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olanPablik art” proqramını təqdim edir. Burada Rəs­̧ad Ələkbərovun “Reuse, Reduce, Recycle” instalyasiyası nümayiş̧ olunur.

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.7.