Şuşada Azərbaycan
işığı
“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.
Cəbrayıl rayonundan sonra Şuşada da səhmdar cəmiyyətinin hesabına işıq yanmağa başlayıb.
Bunu Şuşa məscidinin işıqlandırılması ilə bağlı yayılmış kadrlardan görmək mümkündür.
“Azərişıq”dan bildirilib
ki, Ali Baş
Komandanın rəhbərliyi altında işğaldan
azad edilmiş ərazilərimizin
dayanıqlı və keyfiyyətli elektrik
enerjisi təchizatının
yaxşılaşdırılması istiqamətində işlər
davam etdirilir. Yaxın
günlərdə digər ərazilərimzdə də Azərbaycan
işığı yanacaq.
Mədəniyyət.- 2020.- 18
noyabr.- S.1.