İsveçrədə Nizami yaradıcılığı haqqında toplu nəşr olunub

 

 

İsveçrənin “Peter Lanqelmi nəşriyyatı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuşÇağdaş dövrdə Nizami mədəni irsinin şərhi” adlı məqalələr toplusunu çap edib.

 

Topluda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və Şekspirdə şərlə mübarizə: ədəbi xarakterlərin (Məcnun, Bəhram və Hamlet) inkişaf tipologiyası” başlıqlı araşdırması dərc olunub.

 

Məqalədə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi gözəl” poemaları və Vilyam ŞekspirinHamlet” əsərində şər qüvvəyə qarşı mübarizə aparan bədii obrazlar müqayisə olunub. Müəllif ayrı-ayrı yüzilliklərdə yaşamış iki böyük şairin ədəbi qəhrəmanları arasındakı oxşarlığın Şərq və Qərb mədəni modellərinin bir-birinə sıx bağlılığından qaynaqlandığını sübut edib.

 

Qeyd edək ki, adıçəkilən toplu dünyanın nüfuzlu alimlərinin Nizami yaradıcılığı haqqındakı araşdırmalarının yer aldığı ilk ingilisdilli elmi nəşrdir.

 

 

Mədəniyyət.- 2020.- 18 noyabr.- S.7.