ARTE kanalında “Qarabağa
dönüş” adlı reportaj
yayımlanıb
Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE “Qarabağa dönüş” adlı reportaj yayımlayıb.
Reportajda Azərbaycan xalqının müharibədə qazanılan Qələbəni böyük sevinclə qeyd etdiyi bildirilir. Vurğulanır ki, Qələbə sevincini yaşayanlar arasında 27 il əvvəl erməni silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Füzuli sakinləri də var.
Rayonlarının azad olunduğunu eşidən füzulililər sevinclərini sözlə ifadə edə bilmədiklərini, bu günün onların həyatında ən xoşbəxt gün olduğunu deyirlər. Qeyd edirlər ki, 27 ildir paytaxt Bakıda yaşamalarına baxmayaraq, onların ürəyi həmişə Füzuli ilə döyünüb.
Telekanalın jurnalistləri Füzulidən
olan ailənin qonağı da olub. Söhbət zamanı ailənin
üzvü Qarabağa,
doğma evlərinə
qayıtmağı gözlədiklərini
bildirib. Əminliklə qeyd edib ki,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Füzulidə
bütün infrastruktur
bərpa olunacaq.
Reportajda
işğaldan azad olan Füzulinin 27 il ərzində
xarabalığa çevrildiyi,
orada evlərin, eləcə də bütün infrastrukturun dağıdıldığı göstərilib.
Qeyd edək
ki, Avropa Televiziya Assosiasiyası –
ARTE Fransa və Almaniyanın birgə təsis etdiyi ictimai kanaldır və 1992-ci ildən fəaliyyət göstərir.
Mədəniyyət.- 2020.- 18
noyabr.- S.8.