Zəngilanın görməli yerləri ilə
bağlı tanıtım videoçarxı hazırlanıb
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Zəngilanın gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.
“Azad edilmiş
torpaqlarımızın geniş
turizm potensialı var.
Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi Zəngilanın
gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Tvitter” səhifəsində paylaşımında
bildirib.
Çarxda Zəngilanın gəzməli-görməli
yerləri, o cümlədən
XIV əsrdə inşa
edilmiş, səkkizguşəli
prizmadan ibarət Məmmədbəyli türbəsi,
XII əsrə aid edilən
qədim Şərifan
şəhərinin qalıqları,
Ağbiz kəndində
yerləşən eyniadlı
tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü
ildə 107 hektar ərazidə əsasən
nadir təbii çinar
meşəliyini qorumaq
məqsədilə yaradılmış
Bəsitçay qoruğu
haqqında məlumatlar
təqdim olunur.
Agentlik tərəfindən
bundan əvvəl erməni
işğalından azad edilmiş
Qubadlının gəzməli-görməli yerləri
haqqında videoçarx təqdim olunmuşdu. Layihə çərçivəsində
digər azad edilmiş
torpaqlarımızın turizm
potensialını əks etdirən bu növ videoçarxların hazırlanması
nəzərdə tutulub.
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.2.