“Mənim yay tətilim”

 

 

Uşaqlar arasında rəsm yarışması başa çatıb

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verlişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan olunmuş “Mənim yay tətilim – 2020” Respublika uşaq rəsm müsabiqəsi başa çatıb.

 

Müsabiqəyə iki yaş kateqoriyası üzrə (12 yaşa qədər və 12-17 yaş) Azərbaycanın müxtəlif şəhər və rayonlarından 600-ə yaxın uşaq və yeniyetmə əl işlərini göndərib.

 

Birinci turdan 280-dən çox əsər sərgilənmək üçün seçilib. Seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunacaq.

 

Onların içərisindən ən yaxşı 11 əsərin müəllifləri aşağıda qeyd olunub:

 

Nərmin Ağamirzəyeva, Mədinə Məmmədova – Bakı şəhəri 5 saylı Uşaq incəsənət məktəbi.

 

Araz Qədirzadə – Bakı şəhəri 25 saylı orta məktəb.

 

Aysu Abdullayeva – Bakı şəhəri 4 saylı Uşaq incəsənət məktəbi.

 

Nuriyə Təhməzova – Bakı şəhəri Xətai rayonu Sabir adına kitabxana.

 

Selcan Aslanova – Gəncə şəhəri 26 saylı orta məktəb.

 

Billurə Heybətova – Şamaxı şəhər İncəsənət təhsili mərkəzi.

 

Nəimi Bağırzadə, Aytac Əliyeva – Naxçıvan şəhər C.Naxçıvanski adına 11 saylı orta məktəb.

 

Xuraman Musayeva – “Palitra Art” rəsm studiyası.

 

Murad QurbanovLənkəran şəhər Uşaq rəssamlıq məktəbi.

 

Onlayn sərgini Azərbaycan Dövlət Rəsm Qalereyası (www.azgallery.az) Xətai Sənət Mərkəzinin (www.xsm.az) saytları vasitəsilə izləmək mümkündür.

 

Mədəniyyət.- 2020.- 20 noyabr.- S.4.