Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili

 

 

Skandinaviya Ölkələri ilə Mədəni Elmi Əlaqələrİctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyinin birgə qrant müsabiqəsinin qalibi kimiRegionlarda onlayn musiqili ustad dərslərinin təşkililayihəsinin icrasına başlayıb.

 

Layihə çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi AkademiyasınınŞifahi ənənəli Azərbaycan professional musiqisi onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya akustikaelmi-tədqiqat laboratoriyasının əməkdaşlarının   Azərbaycanın şimal bölgəsinin uşaq  musiqi məktəblərinin müəllimlərinin iştirakı ilə onlayn rejimdə toplantı keçirilib.

 

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə layihə çərçivəsində Azərbaycanın regionlardakı uşaq musiqi məktəblərinin şagirdləri üçün xanəndə, tarkamança ixtisası üzrə ustad dərslərinin keçirilməsinin  nəzərdə tutulduğunu deyib. O, layihənin həyata keçirilməsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin və məsləhətçisi Fərid Musayevin xüsusi zəhmətlərini vurğulayıb.

 

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazədə layihənin önəmliyini vurğulayaraq bildirib ki, ustad ifaçılar regionlarda yaşayan uşaq musiqi məktəblərinin müəllimlərinə, habelə,  istedadlı gənclərimizə onlayn ustad dərsləri, təlimləri keçərək onların yaradıcılığına dəstək olacaqlar.

 

Ustad dərslərini BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları – Xalq artisti, professor Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi, sənətsünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev (kamança), Xalq artisti, professor Zümrüd Məmmədova (xanəndə)  keçəcəklər.

 

Onlayn iclasda iştirak  edən Xaçmaz, Quba, ŞabranQusar rayonlarının uşaq  musiqi məktəblərinin müəllimləri çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Çıxışlar zamanı tar, kamança və xanəndə ixtisas dərslərinin keçirilməsində vahid dərs proqramının, metodikanın olması, böyük Qələbəmiz münasibətilə bəstəkarlarımızın tarkamança  alətləri üçün marşların yazılması və s. mövzularda müxtəlif təkliflər irəli sürülüb.

 

Mədəniyyət.- 2020.- 20 noyabr.- S.4.