İstanbulda ölkəmizin zəfərinə
həsr olunmuş sərgi
İstanbulun ən izdihamlı yerlərindən olan İstiqlal caddesi (prospekti) və Qalata körpüsündə “Qarabağ Azərbaycandır!” mövzusunda zəfər sərgisi açılıb.
Beyoğlu Bələdiyyəsi tərəfindən təşkil olunan sərgidə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalı soyqırımı, Qarabağ müharibəsindən bəhs edən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşlərini və Azərbaycan xalqının zəfər sevincini əks etdirən fotoşəkillər nümayiş olunur.
Beyoğlu Bələdiyyə başqanı Heydər Əli Yıldızın təşəbbüsü ilə gerçəkləşən sərginin açılışında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının İstanbul təşkilatının rəhbəri Birol Gül, Azərbaycanın İstanbuldakı baş konsulluğunun vitse-konsulu Ramiz Hacızadə iştirak ediblər.
Heydər Əli Yıldız Azərbaycanın qazandığı tarixi Qələbədən qürurlandıqlarını və qardaş Azərbaycanla eyni hissləri yaşadıqlarını bildirərək deyib: “Bu gün azərbaycanlı qardaşlarımızın apardığı haqlı mübarizəni və qazandığı zəfəri əks etdirən sərgi açırıq. Sərgidə nümayiş olunan şəkillər Xocalı soyqırımından başlayaraq qələbə ilə başa çatır. Bu sərgi ilə dünyaya göstərmək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Onların yaşadıqları ağrıları da unutmayacağıq və hər zaman xatırlayacağıq”.
Sərginin iki
ölkə arasındakı qardaşlığın göstəricisi
olduğunu bildirən Ramiz
Hacızadə Türkiyə ilə Azərbaycan
arasındakı münasibətlərin “Bir
millət, iki dövlət” prinsipi əsasında təşəkkül
tapdığını, bundan sonra da belə davam edəcəyini vurğulayıb.
Mədəniyyət.- 2020.- 20
noyabr.- S.8.