Günəş şüaları ilə nurlanmış evim...

 

27 il sürən həsrət bitir

 

Ağdam deyəndə ağlıma ilk gələn atamın illərdir yorulmadan mənə danışdığı xatirələrdir. Məhz bu xatirələr sayəsində torpağına ayaq basmadığım yurdumu dərin məhəbbətlə sevirəm. Çox şükür ki, artıq Ağdamı təkcə xatirələrdə yox, gözümlə də görə biləcəyəm. 27 illik həsrətə son qoyulur, 20 noyabrda bu yurd yerimiz də Vətənə qovuşur...

 

 

 

***

 

 

 

Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində -

 

Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazisində Xaçın Qarqara çayları axır.

 

Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, “Ağdamsözü qədim türk dilindəkiçik qalademəkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənadaAğdamgünəş şüaları ilə nurlanmış işıqlı, ev deməkdir.

 

Ağdam rayonunda tariximizin şahidi olan çox sayda memarlıq abidəsi vardı. Ərazisində əhəngdaşı yataqlarının olması Ağdamda memarlığın inkişafına yönünə həlledici təsir göstərib. Ağdam şəhərinin şimal-qərbindəki Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası s. memarlıq abidələri Ağdamın keçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq verir.

 

 

 

Çay evi

 

 

 

1986-cı il iyul ayının 26-da açılan Çay evinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Çay evi akademik Xudu Məmmədovun ideyası ilə inşa edilib. Ağdam işğal edilən zaman Çay evi tamamilə dağıdılıb. 2015-ci il mayın 10-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Çay evinin bənzəri tikilib.

 

 

 

Daş plastikası

 

 

 

Ağdam bölgəsinin daş plastikası tarixi baxımdan çox zəngindir. Onun ən qədim nümunələri 1973-cü ildə rayonun Boyəhmədli kəndində aşkar edilib. Bunlar daşdan yonulmuş antropomorf (insanabənzər) fiqurlar xatirə xarakterli qəbirüstü daşlardır. Azərbaycan ərazisində bu cür abidələrin mövcudluğu barədə məlumatlara orta əsr bədii ədəbiyyatında, tarixi salnamələrdə səyyahların qeydlərində rast gəlinir.

 

 

 

Ağdam Cümə məscidi

 

 

 

Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirərək ona düzbucaqlı forma verib. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayı Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılıb.

 

Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.

 

 

 

Ağdam Çörək muzeyi

 

 

 

1983-cü il noyabr ayında fəaliyyətə başlayan Ağdam Çörək muzeyi dünyada ikinci, SSRİ- isə birinci yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar başqa materiallar, qədim əkinçilik alətləri-xış, adi dişli oraq, taxıldöyən vərdənə, əldəyirmanı başqa alətlər mövcud olub.

 

Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın Çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyəndi. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirib. Yüzə qədər xalqın çörək nümunələri əldə edilmişdi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə vermişdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərilmişdi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplanmışdı.

 

1992-ci il avqustun 12-də ermənilərin atdığıQradmərmisi Ağdam Çörək muzeyinin fəaliyyətinə son qoydu.

 

 

 

İmarət qəbiristanlığı

 

 

 

XVIII - XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə isə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin, Xurşudbanu Natəvanın büstü qoyulub.

 

 

 

Qutlu Musa türbəsi

 

 

 

Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalıb. Xalq arasındaSarı Musa türbəsiadlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanıb. Görünür, Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşıb, həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılıb. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə üst kameradan ibarət ikiqatlı quruluşu var.

 

1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri erməni yazıları həkk ediblər.

 

 

 

Pənahəli xanın imarəti

 

 

 

Pənahəli xan imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan - Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib. İmarətin bir-birinə perpendikulyar şəkildə inşa edilmiş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. Bu evlər baş fasadları ilə həyətə açılırmış.

 

İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur. Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqdan ibarət həcmlər birləşib. Otaqlar tağbəndlə örtülüdür. XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun cənuba yönəlib.

 

İmarətin ikinci binası planda uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə -şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür.

 

 

 

Şahbulaq qalası

 

 

 

Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan saray kompleksi 1751-1752-ci illərdə inşa edilib. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Şahbulaq saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi. Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılıb. Yalnız kompleksin mühafizə divarları qalıb.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 20 noyabr.- S.1;6.