Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı ictimai rəy sorğusu

 

 

Mədəniyyət sahəsində islahatlar prosesi davam edir. İslahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, bu sahədə iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin təşkili, müasir menecment üsullarının uğurlu tətbiqi ilə effektiv idarəetmənin formalaşdırılması milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.

 

Qeyd olunan islahat tədbirləri əhatəli şəkildə hazırlanacaq Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasında öz əksini tapacaqdır.

 

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin, vizyonunun prioritet sahələrinin müəyyənləşdirilməsi bu prosesdə geniş ictimai rəyin yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi olduqca vacibdir.

 

Mədəniyyət Nazirliyi ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişafı, bu sahənin daha səmərəli şəkildə idarə edilməsi, milli yaradıcı potensialın reallaşdırılması ilə bağlı fikir mülahizələrini bildirmək istəyən vətəndaşlarımızı, yaradıcı insanları Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasının hazırlanması üçün ictimai rəyin öyrənilməsi sorğusunda iştirak etməyə dəvət edir.

 

Sorğuya keçid:

 

https://docs.google.com/forms/d/1bgRUer9bB2duaJCye1DUOpPNad-RuxBEbNC8uQN_04U/viewform?edit_requested=true

 

Mədəniyyət.- 2020.- 20 noyabr.- S.3.