Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anılıb

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli vəfatının (23 noyabr 1948-ci il) 72-ci ildönümündə Serbiyada da yad edilib. Bu münasibətlə bəstəkarın Novi Sad şəhərindəki abidəsi önünə əklil qoyulub.

 

Mərasimdə Serbiyadakı səfirliyimizin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstünün açılışı 2011-ci il iyunun 9-da keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç iştirak ediblər.

 

Novi Sad şəhəri Serbiyanın Voyevodina muxtar diyarının paytaxtıdır və Belqraddan sonra ölkənin ikinci böyük şəhəridir.

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.1.