Tarixi irsin
qorunmasında əməkdaşlıq müzakirə olunub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehlə görüşüb.
İdarədən bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, tarixi abidələrin qorunub saxlanılması və bərpa-konservasiyası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
İordaniyanın UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş qədim Petra və Amman şəhərlərinin bələdiyyələri ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Görüşdə həmçinin pandemiyadan sonra iki ölkə arasında
qarşılıqlı turist
axınını təşviq etmək üçün
xüsusi turizm paketlərin
təşkili qərara alınıb.
Mədəniyyət.- 2020.- 25
noyabr.- S.4.