“Xurmalar saralanda”
Azərbaycan Televiziyasında “Xurmalar saralanda” adlı sənədli filmin anonsları yayımlanır. Film yaşadığımız
günlərdən, Vətən
müharibəsindən bəhs
edir .
Quruluşçu rejissor Ramil Ağasıyev film haqqında deyib: “28 ildir ki, həsrətini
çəkdiyimiz Qarabağa
qovuşmuşuq. Bu tarixi qələbə isə bizə asan başa gəlməyib. Xain düşmən
istəyinə çatmaq
üçün sivil
insanları hədəf
aldı. 90-dan çox mülki vətəndaşımız həlak
oldu. Bu hadisələrlə
bağlı “Mən Gəncəyəm” sənədli
filmini çəkdik.
Ancaq bilirsiniz ki, düşmənin terrorçu
siyasəti tək Gəncədə deyil, digər ərazilərimizdə
qanlı izlər qoydu. “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin rəhbərliyinə bu mövzuda film çəkmək
istədiyimizi bildirdik.
Filmi çəkmək üçün
bizə lazımi şərait yaratdı və biz kiçik bir komanda ilə
çəkilişlərə başladıq. Yeddi gün
ərzində Tərtərdə,
Ağdamda, Füzulidə,
Ağcabədidə çəkilişlər
etdik. İki film çəkdik. İlk olaraq təqdim edəcəyimiz “Xurmalar saralanda” filmi Bərdədə baş verən terrorda dünyasını dəyişən
21 insanın həyatından
bəhs edir.
Terror aktları olan şəhərlərdə 27-28 il əvvəl
yurd-yuvasını tərk
etmiş məcburi köçkünlər də
yaşayır. İkinci film bu hadisələr zamanı növbəti dəfə ev-eşikləri
dağılan bu insanlar haqqındadır”.
Rejissor bildirir ki, bu filmləri
çəkməkdə məqsəd
yaşanan hadisələri
olduğu kimi tamaşaçılara təqdim
etməkdir.
Qeyd edək ki, “Xurmalar saralanda” sənədli filmində jurnalist rolunda aktyor Ziya Ağa iştirak edir. Filmin bədii rəhbəri Ranar Musayev, icraçı produseri Zamiq Əlövsətoğludur. Filmin mətnini İlqar Fəhmi hazırlayıb. Quruluşçu operator Fahir Səmədoğlu, montaj rejissoru Rasim Ramazanovdur.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 25
noyabr.- S.5.