“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti təqdimatı tanınmış şair, publisist, pedaqoq Məmməd Aslandır.

 

O, 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirdikdən sonra təyinatla Kəlbəcər rayonuna göndərilib, Yanşaqİstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləyib.

 

Ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamı olan Məmməd Aslanın şeirlərində Kəlbəcərin bütün təbiət gözəllikləri əks olunub. Dostları onu Kəlbəcərin özü adlandırırdı. Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. “Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb”, – deyirdi. Şair bir şeirində “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər...”, – yazmışdı. Amma o Kəlbəcər qayıtdı, 27 il sonra işğaldan azad edildi...

 

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur.

 

Mədəniyyət.- 2020.- 27 noyabr.- S.7.