“Dərdimi çəkirəm” Tehranda
Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi Tehranda 16-cı “Resistance” Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq çəkilib.
Xocalı faciəsinin ağrı-acılarını, erməni quldurlarının törətdiyi soyqırımının miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə olaraq Xocalı hadisələrinə həsr olunmuş ekran əsəri belə irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.
“Resistance” Beynəlxalq Film Festivalı İranda ən nüfuzlu festivallardan biri hesab olunur. 16-cı festivala
bu il
3700-dən çox müxtəlif
janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb.
21-27 noyabr tarixində
keçirilən festivalda Hindistan,
ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan,
Gürcüstan, Yaponiya
və digər ölkələrdən filmlər nümayiş etdirilir.
Mədəniyyət.- 2020.- 27
noyabr.- S.8.