Şeyx Babı türbəsi
düşmən atəşinə məruz qalıb
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlar törədərək cəbhə xətti boyunca Azərbaycan Respublikasının yaşayış məntəqələrini iri çaplı silahlardan atəşə tutması nəticəsində Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsinə də ziyan dəyib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, düşmənin yaşayış məntəqələrinə atdığı mərmilər Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.
Qeyd edək ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək həmin atəş nöqtələrini susdurur və Füzuli rayonu istiqamətində əks-hücumunu davam etdirir.
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.4.