Milli Azərbaycan Tarixi Muzeyində açıq dərs
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun
üzvlərinə müntəzəm
olaraq açıq dərslər keçirilir.
Muzeydən bildirilib ki, növbəti dərsin iştirakçıları Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin muzeyşünaslıq
ixtisası üzrə
bakalavr pilləsində
təhsil alan
II və III kurs tələbələri olub.
Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Muzeydə arxeoloji materialların mühafizəsi
qaydaları” mövzusunda
mühazirə oxuyub və tələbələri
maraqlandıran sualları
cavablandırıb.
Tələbələr muzeydə qurulmaqda olan yeni ekspozisiya ilə də
tanış olublar.
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.4.