Xaricdə yaşayan tanınmış soydaşlarımızdan dəstək

 

 

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusu düşmənə qarşı əks-hücum əməliyyatları həyata keçirir.

 

Ermənistanın hərbi təxribatı xaricdə yaşayan tanınmış soydaşlarımızda, yaradıcı şəxslərdə hiddət, Azərbaycan Ordusunun düşmən üzərinə müzəffər yürüşü isə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Onlar sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini vurğulayır, Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı savaşa dəstək nümayiş etdirirlər.

 

Böyük Britaniyada yaşayan məşhur azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf sosial şəbəkə hesablarında paylaşım edib. Sənətçi “Qarabağ Azərbaycanındır!” həştəqindən istifadə edərək “Twitter” hesabında son günlər cəbhədə baş verən döyüşlərə münasibət bildirib. “Bütün düşüncələr və dualarım sevimli Azərbaycan üçündür!” – deyə Sami Yusuf öz paylaşımında qeyd edib.

 

Rusiyada yaşayan azərbaycanlı ifaçılar da ölkəmizə dəstəklərini ifadə ediblər. Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarov, məşhur ifaçılar Bəxtiyar Əliyev (Bahh Tee) və Cahid Hüseynli (Jony) də özİnstagram” hesablarında bu barədə paylaşımlarında haqlı mübarizəsində ölkəmizə dəstəklərini bildiriblər.

 

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.8.