Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir

 

“Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var

 

Oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev bildirib ki, bu səfərin xüsusi önəmi var: “Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”.

 

Dövlət başçısı daha sonra deyib: “Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verireyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir”.

 

Prezident Ərdoğana səmimi salamlarını çatdırmağı xahiş edən İlham Əliyev vurğulayıb ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirikbu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan rəhbərinə  türk xalqının salamlarını və uğur diləklərini gətirdiyini bildirərək deyib: “Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraqtürk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq”.

 

“Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizimborcumuzdur” deyən Mövlud Çavuşoğlu bu işi həmkarı Ceyhun Bayramovla, Azərbaycanın və Türkiyənin xaricdəki səfirlikləri ilə birlikdə həyata keçirdiklərini bildirib:Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydandamasada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.

 

Bakıya gələn heyətin tərkibində Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrımın da yer aldığını diqqətə çatdıran Mövlud Çavuşoğluİnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq”, - deyə əlavə edib.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.2.