“Euronews” Ermənistan ordusunun Azərbaycanın mülki
əhalisini atəşə tutması barədə reportaj yayımlayıb
“Euronews” telekanalı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini raket atəşinə tutması barədə reportaj yayımlayıb.
Kanalın müxbirinin ermənilərin atəşinə məruz qalan ərazilərdən hazırladığı reportajda Tərtər şəhərinin mərkəzinin və Gəncə şəhərlərinin raket atəşinə tutulması barədə bəhs edilir. Güllə səsləri altında reportaj edən müxbir inzibati və yaşayış binalarının atəşə tutulduğunu göstərir, azyaşlı uşaqların yaşadığı həyətə raketin düşdüyünü çəkərək dünya ictimaiyyətinə nümayiş etdirir.
Reportajda, həmçinin Mingəçevir və Naftalan şəhərlərinin də raket atəşinə məruz qalması ilə bağlı xəbər verilir.
Əhalinin öz yaşayış yerlərini tərk etmədiyini göstərən reportajda raket zərbəsi nəticəsində ölən və yaralananların olduğu diqqətə çatdırılır.
Məktəb, xəstəxana və bazarların dağıdılmış görüntüləri nümayiş edilərək bildirilir ki, ermənilərin atdığı raketlər nəticəsində 20-dən çox mülki şəxs həlak olub, 100-dən çox sakin xəsarət alıb.
Mədəniyyət.- 2020.- 7
oktyabr.- S.1.