Kamal Abdullanın “Seçilmiş
əsərləri”nin yeni cildi
çapdan çıxıb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin üçüncü cildi çap olunub.
ADU-dan bildirilib ki, üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şairlərinin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin problematik aspektlərindən bəhs edən esseləri, Azərbaycan və xarici ölkələrin teatrlarında səhnələşdirilmiş pyesləri daxil edilib.
Kamal Abdullanın bu cilddə toplanan seçilmiş pyesləri müxtəlif illərdə
Azərbaycanın ayrı-ayrı teatrlarında, həmçinin
Gürcüstan və Estoniyada
səhnəyə qoyularaq
tamaşaçı rəğbəti qazanıb.
Mədəniyyət.- 2020.- 7
oktyabr.- S.7.