“Mənim yay tətilim”

 

 

Müsabiqəyə qeydiyyat oktyabrın 15-dək aparılacaq

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan edilən “Mənim yay tətilim - 2020” Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat oktyabrın 15-dək aparılacaq.

 

Rəssamlıq istedadı olan məktəblilərin öz düşüncələrini təsviri sənətdə əks etdirmək bacarıqlarını təşviq və inkişaf etdirmək məqsədilə keçirilən müsabiqədə qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim - 2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etmək və göstərilən anketi doldurmaq lazımdır.

 

Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaş) keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Birinci turdan keçmiş əsərlərin müəllifləri əl işləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.7.