ABŞ-da yaşayan soydaşlarımıza çağırış

 

 

Təmas xətti boyunca gedən döyüşlərdə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, 30 ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarmızın işğaldan azad edilməsi ermənilərlə bərabər onlara havadarlıq edən dairələrin yuxusunu ərşə çəkib.

 

Azərbaycan Ordusunu dayandırmaq məqsədilə başda Ermənistanın rəhbər şəxsləri müxtəlif ölkələrə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edirlər. Bu işdə xaricdə yaşayan erməni lobbisi xüsusi fəallıq nümayiş etdirir. ABŞ-da yaşayan erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnamə təqdim etməyi planlaşdırır.

 

Bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev söyləyib.

 

O bildirib ki, torpaqlarımızın işğaldan azad edildiyi bir dönəmdə düşmənin bütün hərəkətlərinə hazır olmalıyıq. Erməni lobbisinin təşəbbüsü ilə konqresdə müzakirəyə çıxarılması planlaşdırılan qətnamənin müəllifləri Jackie SpeierFrank Pallone uzun illərdir ki, ABŞ-da hakimiyyət dairələrində Ermənistanın maraqlarını qoruyurlar.

 

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri diqqətə çatdırıb ki, sözügedən qətnamənin qəbulunun dayandırılması üçün ABŞ-da yaşayan soydaşlarmız bütün imkanlardan istifadə etməlidirlər. “Təxmini hesablamalara görə, ABŞ-da 40 min nəfər soydaşımız yaşayır. Onlar yaşadıqları ərazidə yerli ştatfederal səviyyələrdə onları təmsil edən Nümayəndələr Palatasının üzvlərinə hazırkı durumla bağlı məlumatlar çadırmalı, onlara məktublar ünvanlamalı, onlarla müxtəlif vasitələrlə əlaqə yaradıb 1165 saylı qətnamənin qəbulunun dayandırılmasına çalışmalıdırlar. Soydaşlarımız “Twittersosial şəbəkəsində də fəallıq nümayiş etdirməlidirlər. Bu gün ermənilərin bizə qarşı mübarizə apardığı hər bir sahə cəbhə xəttidir və biz bütün sahələrdə düşmənə zərbələr vurmalıyıq”, – deyə T.Gəncəliyev qeyd edib.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.3.