QDİƏT Parlament Məclisinin komitə iclası

 

 

Oktyabrın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Mədəniyyət, təhsil sosial məsələlər komitəsinin videoformatda 55-ci iclası keçirilib. Videokonfransa Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev deputat Ramin Məmmədov, digər üzv ölkələrin (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya, Ermənistan) nümayəndələri qatılıb.

 

Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlərmövzusuna həsr olunmuş videokonfransı QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev açıb.

 

Hesabat məruzəsini Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev təqdim edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizəyə böyük dəstək verib, pandemiya başlayandan etibarən Dünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.

 

Komitənin sədri Metin Gündoğdu (Türkiyə), Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuniya ölkələrində koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıblar.

 

Ermənistan nümayəndə heyətinin üzvü Anuş Beqloyanın mövzudan yan keçərək Dağlıq Qarabağ problemi cəbhə xəttindəki vəziyyətlə bağlı reallıqdan uzaq, qeyri-obyektiv fikirlər söyləməsinə Azərbaycan nümayəndə heyətinin üzvləri dərhal cavab veriblər.

 

İclasdaPandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda hesabatın layihəsi təsdiqlənib.

 

Mədəniyyət.- 2020.-9 oktyabr.- S.2.