Şuşa qalasının 270 illiyinə həsr
olunmuş virtual sərgi
açılacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşkilatçılığı ilə oktyabrın 12-i saat 20:00-da Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgi açılacaq. Sərgidə tanınmış rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun əsərləri nümayiş olunacaq.
Qalereyadan verilən məlumata görə, sərgi Ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf olunur. Virtual sərgi Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda maddi və mədəni irsimizi bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədi daşıyır. Sərgini ADRQ-nın sosial media hesabları vasitəsilə izləmək mümkündür.
İzləyicilər Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işləri ilə tanış olacaqlar.
Elturan Avalov 20
avqust 1940-cı ildə
Bakıda anadan olub. Qrafika rəssamı kimi
onun yaradıcılığı
çoxşaxəlidir. Rəssamın Şuşadakı
“Seyidli məhəlləsi”,
“Xoca Mərcanlı” və “Hacı Yusifli” məhəllələrinin,
“Aşağı Gövhər
Ağa məscidi” ətrafında yerləşən
məhəllənin, “Tacir
Məşədi Tağının
evi”, “Gəncə darvazası” kimi qrafik əsərləri xüsusilə diqqəti cəlb edir.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri
xüsusi karantin rejimi və sosial izolyasiya, komendant saatı
şəraitində sərgi salonlarının müvəqqəti
bağlı olmasını nəzərə alaraq
virtual sərgini izləməyə dəvət
edir.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.2.