“Qarabağ Azərbaycandır!”
xoreoqrafik kompozisiyaları
Ölkəmiz üçün bir tərəfdən mürəkkəb, digər tərəfdən isə fərəh hissi doğuran hadisələrin yaşandığı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza dəstək və rəğbətin nümayişi olaraq, Bakı Xoreoqrafiya Akademiyasının (BXA) professor-müəllim və tələbə heyətinin iştirakı ilə “Qarabağ Azərbaycandır!” layihəsinin icrasına başlanılıb.
Layihə çərçivəsində
vətənpərvərlik mövzusunda xoreoqrafik kompozisiyalar vasitəsilə
videoçarxların hazırlanması, fleşmob
və onlayn videoseminarların keçirilməsi
nəzərdə tutulub. İlkin
olaraq BXA-nın Milli rəqs
kafedrasının dosenti, Xalq
artisti Yusif
Qasımovun quruluşu ilə hazırlanan
xoreoqrafik kompozisiyanın məşqlərinə
başlanılıb. Milli vətənpərvərlik
ruhunda hazırlanan rəqs
kompozisiyasının videoçarxı kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə
geniş ictimaiyyətə təqdim olunacaq.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.4.