Cavad xan haqqında yeni kitab

 

 

AMEA-nın Gəncə Bölməsi Əlyazmalar İnstitutunun birgə layihəsi olaraq ərsəyə gəlmişGəncə hökmdarı Cavad xan Ziyadoğlu-Qacar nəslikitabı çapdan çıxıb.

 

Gəncənin Ziyadoğlu-Qacar nəsli onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xandan bəhs edən kitab tarixi mənbələrə əsaslanır.

 

AMEA-nın Gəncə Bölməsindən verilən məlumata görə, layihənin rəhbəri akademik Fuad Əliyev, elmi redaktoru filologiya elmləri doktoru, Əməkdar elm xadimi Xəlil Yusifli, rəyçi akademik Teymur Kərimli, fars dilindən tərcümənin şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitabı nəşrə hazırlayanlar geniş elmi araşdırmalar aparıb, İranda saxlanılan arxiv sənədlərindən, habelə yerli tədqiqatçıların məqalələrindən istifadə ediblər. Kitabın nəşrində məqsəd Cavad xanın qəhrəmanlıq salnaməsini geniş oxucu kütləsinə çatdırmaq, Vətənə məhəbbət hissi, xüsusən gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi aşılamaqdır.

 

Kitab iki hissədən ibarətdir. Birinci hissədə son illərdə nəşr edilən iki kitabda internet saytında dərc olunan ayrı-ayrı məqalələr fars dilindən tərcümə edilərək toplanıb. Həmin materiallar arasında Cavad xanın nəvə-nəticələrindən olan Huşəng Talenin, Hüseyn Əhmədinin Rəhim Rəisnianın qədim tarixi mənbələrə əsaslanan araşdırmaları var. Uzun illər ərzində Cavad xanın əcdadı Uğurlu xan Gəncəvinin yaradıcılığını tədqiq etmiş mərhum şərqşünas alim Firəngiz Xəlilovanın, həmçinin Elnur Həsənovun, tarixçi İlqar Niftəliyevin şərqşünas alim Rauf Şeyxzamanlının məqalələri kitabın birinci hissəsinə daxil edilib.

 

İkinci hissədə isə Cavad xanın Sisyanova yazdığı məktubun mətni, Gəncə xanının qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın gəncəli şairə Fəridə Əliyarbəylinin şeirləri, Adil xan Ziyadoğlu-Qacarın (Ziyadxanovun) “Qələmin uçuşukitabının bir bölümü Adil xanın rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin 1920-ci ildə İrana rəsmi səfəri barədə o vaxtkı mətbuatda dərc olunan xəbərlər yer alıb.

 

Nəşrdə, həmçinin tarixi şəxsiyyətlər, dövlət adamları və sərkərdələr, həmin dövr hadisələrində adıçəkilən müxtəlif ölkələrin imperatorları, hökmdarları və hərbçiləri haqqında qısa ensiklopedik məlumatlar verilib.

 

Mədəniyyət.- 2020.-9 oktyabr.- S.6.