Ağdam Çörək Muzeyi
Dünyada ikinci, keçmiş SSRİ məkanında isə bu adda ilk və yeganə muzey olan Ağdam Çörək Muzeyi 1983-cü ilin noyabr ayında fəaliyyətə başlamışdı.
Muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, habelə qədim əkinçilik alətləri (xış, adi və dişli oraq, taxıldöyən vərdənə, əldəyirmanı və s.) nümayiş olunurdu.
1992-ci il avqust
ayının 12-də erməni silahlı qüvvələrinin
artilleriya atəşi nəticəsində
Ağdam Çörək Muzeyinin
binası dağıdıldı və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.5.