Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli
Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə
yaradılmışdı. 6000-ə yaxın eksponatı
vardı. 1993-cü ildə rayonun Ermənistan
tərəfindən işğalı zamanı qismən xilas edilmiş
eksponatları əsasında muzey Bakı
şəhərində fəaliyyətini bərpa etmişdi. Daha sonra muzey üçün
Horadiz qəsəbəsində yeni bina tikildi.
2014-cü ildə Füzuli
Tarix-Diyarşünaslıq Muzeyində bədii tərtibat
işləri aparılıb, texniki vəsait
və avadanlıq alınıb. Muzeyin sahəsi
345 kvadratmetrdir, fondunda
5200-dək eksponat var.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.5.