Xalqımızın bu
günlər birlik, həmrəylik nümayiş etdirməsi qürur
doğurur
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu sözləri oktyabrın 11-də Ermənistan ordusunun Gəncə şəhərinə raket zərbəsi ilə bağlı “İnstagram” səhifəsindəki paylaşımında qeyd edib.
“Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir”, – deyə paylaşımda vurğulanır.
Birinci vitse-prezident
həmvətənlərimizə müraciətlə deyib: “Bu gün
siz xalqımızın birlik,
həmrəylik, şəfqət və
qarşılıqlı yardım kimi ən
yaxşı xüsusiyyətlərini nümayiş
etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz!
Həqiqət və ədalət bizim tərəfimizdədir!
Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət
eləsin. Xəsarət alanların tezliklə
sağalmasını arzulayıram. Uca
Tanrı bizim Ordumuzu,
xalqımızı və Vətənimizi qorusun!
Qarabağ Azərbaycandır!”.
Mədəniyyət.- 2020.- 14
oktyabr.- S.2.