Silahlı Qüvvələrə Yardım Fonduna ianələr davam edir

 

 

Bu gün hər bir azərbaycanlı Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir. Cəbhədə  Azərbaycan Ordusunun qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır.

 

Beynəlxalq Muğam Mərkəzinin kollektivi  şanlı Ordumuza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. Kollektiv sanlı Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır.

 

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov bildirib ki, Ordumuza dəstək hər bir azərbaycanlının borcudur. Bu gün hər birimiz qürurlueyni zamanda məsuliyyətli günlər yaşayırıq. Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və Silahlı Qüvvələrə əlindən gəldiyi qədər dəstək verməlidir. Biz mədəniyyət və sənət adamları da hər zaman Ali Baş Komandanın və Ordumuzun yanındayıq. Şanlı Ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir.

 

***

 

Milli Xalça Muzeyi də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

 

Fondun əsasnaməsinə görə, Silahlı Qüvvələrin maddi-texnikisosial bazasının möhkəmləndirilməsinə maliyyə yardımı məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqifiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

 

***

 

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək nümayiş etdirir.

 

Studiyanın kollektivinin ümumi qərarı ilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.

 

Bu gün hər bir Azərbaycan vətəndaşı doğma yurdumuzun gələcəyi üçün çox narahatdır. Lakin Ordumuzun göstərdiyi qəhrəmanlıq, baş verən bütün tarixi hadisələr bizdə Qələbə sevincinin yaxınlaşmasına  böyük inam yaradır.

 

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.4.