Azərbaycan Turizm və
Menecment Universitetindən
hərbçilərimizə sovqat
Azərbaycan Turizm və Menecment Universitetinin kollektivi şanlı Ordumuzun Vətən torpaqlarını işğaldan
azad etmək uğrunda təcavüzkar
düşmənə qarşı
apardığı hərbi
əməliyyatları alqışlayır.
Universitetin kollektivi inanır ki, Azərbaycan Ordusu işğal altındakı bütün
torpaqlarımızı düşməndən
azad edəcək. Silahlı Qüvvələrimizə
dəstək məqsədilə
universitetin kollektivinin
şəxsi təşəbbüsü
ilə müvafiq ordu qərargahına müxtəlif çeşiddə
zəruri geyim və müxtəlif ləvazimatlar təqdim olunub. Universitetdən
verilən məlumatda
bildirilir ki, hədiyyə paketlərinə
akademik, inzibati heyət və tələbələr tərəfindən
ürək sözləri
yazılmış “əsgərə
məktub”lar da əlavə edilərək cəbhə
bölgəsinə göndərilib.
Universitetin tələbə-müəllim heyəti Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarını dəstəkləyir və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müqəddəs Vətən müharibəsində iştiraka hazırdır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!”.
Mədəniyyət.- 2020.- 14
oktyabr.- S.3.