Silahlı Qüvvələrə Yardım
Fonduna dəstək məqsədilə
satış-sərgi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək məqsədilə satış-sərgi təşkil ediləcək.
Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə reallaşacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, satışdan əldə olunan vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.
Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 manat dəyərində qiymətləndiriləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar məlumatları art@artgift.az ünvanına göndərməlidirlər.
Hər bir rəsm əsəri
və rəssam haqqında məlumat, rəssamın ürək
sözləri “Artgift” reyestrində qeydə
alınacaq və yayımlanacaq.
Mədəniyyət.- 2020.- 14
oktyabr.- S.5.