Azərbaycan Ordusu ilə fəxr edirəm

 

 

Bu gün mənim doğma Azərbaycanım onun gözəl xalqı Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparır.

 

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar artisti Teymur Əsgərovun AZƏRTAC-a daxil olan məktubu bu sözlərlə başlayır.

 

Tanınmış balet artisti, bir çox mötəbər müsabiqələrin laureatı olan Teymur Əsgərov Azərbaycanın haqq yolunda zəfər qazanacağına əminliyini ifadə edib. Teymur Bakıda dünyaya göz açsa da, atası Vaqif Əsgərov hərbçi olduğundan, ailəsi ilə birlikdə Zəngilana köçüb. Bu torpağın mərd, əzəmətli insanlarının əhatəsində böyüyüb. “1993-cü il idi. Bir gecə biz partlayış səslərinə yuxudan oyandıq. Zəngilan erməni silahlı dəstələrinin mühasirəsində idi. Biz – Zəngilan şəhərinin əhalisiuşaqlar, qadınlar qocalar canımızı düşmənin əlindən qurtarmaq üçün qaçıb Araz çayını keçdik. Arxamızda uçan güllələrin fitini eşidirdik. Həmin günlər təkcə mənim üçün deyil, bütün Azərbaycan xalqı üçün qara səhifələr idi”, – deyə soydaşımız xatırlayır.

 

Teymur Əsgərov bu gün haqq işi uğrunda mübarizədə xalqımızın öz lideri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazanacağına tam əmindir. Məktubda deyilir: “Bu gün mən fəxr edirəm və xoşbəxtəm ki, hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxındır ki, davam edən bu ədalətsizliyə son qoymaq üçün əlindən gələni edir. Bu gün təkcə mən yox, bütün dünya hörmətli Prezident İlham Əliyevin yüksək peşəkarlığına heyrandır. Mən öz Prezidentimlə fəxr edirəm! Mən Azərbaycan Ordusu ilə fəxr edirəm! Əminəm ki, ədalət zəfər çalacaqdır! Başqa cür ola da bilməz. Çünki Qarabağ bizimdir! Qarabağ

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.8.