Xurşudbanu Natəvanın evi
(Şuşa)
Azərbaycanın görkəmli şairəsi, “Xan qızı” adı ilə el arasında tanınan Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir.
1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi məktəbi bu binada fəaliyyətə başlamışdı. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbi adlandırılıb.
1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşudbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb.
1992-ci il
mayın 8-də Şuşa şəhəri
Ermənistan Respublikasının silahlı qüvvələri
tərəfindən işğal edildikdən
sonra muzeydə toplanmış yüzlərlə
nadir sənət incisi:
rəsm əsərləri, xalçalar,
miniatürlər, xatirə əşyaları, arxeologiya
nümunələri işğalçılar tərəfindən
dağıdılaraq qəsb edilib.
Mədəniyyət.- 2020.- 14
oktyabr.- S.4.