Laçın Tarix-Diyarşünaslıq Muzeyi

 

 

Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlamışdı. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmış, yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya mövcud olmuşdu.

 

1992-ci ilin mayında Ermənistan ordusu tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası dağıdılmış, eksponatları məhv və talan edilmişdi. Beş mindən çox qiymətli eksponat talan edilərək Ermənistan Respublikasına aparılmış və hazırda Laçın Tarix-Diyarşünaslıq Muzeyinin talan olunmuş eksponatları bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kiminümayiş etdirilir. Muzey öz fəaliyyətini Bakı şəhərində bərpa edib. Muzey əsasən toplama işi ilə məşğul olur və indiyədək fonduna 1000-dən çox əşya daxil edilib.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.4.