Ağdam Cümə məscidi
Ağdam Cümə məscidi (inv. 202) 1868-1870-ci illərdə tikilmişdi. Memarı Kərbəlayı Səfixan Qarabaği olan məscidin iki minarəsi vardı. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülmüşdü.
1993-cü ildə Ağdam
rayon mərkəzi Ermənistan
Respublikasının silahlı qüvvələri tərəfindən
işğal edildikdən sonra,
digər tarixi abidələrimiz kimi, buradakı Cümə məscidi də
yandırılıb və ciddi
dağıntılara məruz qalıb. Bu
vandalizm aktı UNESCO-nun
1954-cü ildə qəbul edilmiş
“Silahlı münaqişə zamanı mədəni mülkiyyətin
müdafiəsi haqqında” Haaqa
Konvensiyasının Ermənistan Respublikası tərəfindən
pozulduğunu bir daha nümayiş etdirir.
Mədəniyyət.- 2020.- 14
oktyabr.- S.4.