Dünya mediasının gözü qarşısında

 

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib. Məqalədə Azərbaycanın rəsmi qurumlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə mülki insanlar həlak olub.

 

Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun BayramovunTwitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub”, - deyə paylaşdığı statusa istinad edib.

 

***

 

Berliner Press” nəşri də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinin yaşayış məhəllələrini atəşə tutulmasından yazıb. Yazıda Ermənistanın bu müharibə cinayətini Moskvada Ermənistan və Azərbaycan XİN başçılarının atəşkəs haqda saziş imzalamasından dərhal sonra törətməsi qeyd olunub.

 

***

 

“Atəşkəs dövründə Azərbaycanda yaşayış ərazisinin bombardman edilməsi”.  Almaniyanın “Deutschelandfunk.de” internet nəşrində dərc olunan material bu sərlövhə ilə verilib (bax: www.deutschlandfunk.de/berg-karabach-trotz-waffenruhe-bombenangriff-auf-wohngebiet.2932.de.html?drn:news_id=1182245).

 

Materialda Ermənistan silahlı qüvvələrinin münaqişə zonasında atəşkəs elanından sonra, oktyabrın 11-i gecə saatlarında Gəncə şəhərinə qarşı hücumundan danışılır. Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun öz “Twitter” səhifəsində yuxuda olan Gəncə şəhərinin hücuma məruz qalması barədə dünyaya verdiyi xəbərə istinad edir. Erməni silahlı qüvvələri tərəfindən yaşayış ərazisinə gecə hücumu nəticəsində 9 nəfər həlak olub 30-dan artıq insan yaralanıb. Nəşrdə xatırladılır ki, həmin axşam münaqişə tərəfləri Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdilər.

 

***

 

Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket hücumu nəticəsində həlak olanlar yaralananlar var. Bu barədə Yaponiyanın “JİJİP RESS” agentliyi məlumat yayıb. Məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadla bildirilir ki, hücum nəticəsində 9 nəfər ölüb, 33 nəfər yaralanıb.

 

***

 

MisirinAlmasryalyouminformasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı paylaşdığı fikirlərinə geniş yer ayırıb.

 

Xəbərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.

 

Həmçinin vurğulanıb ki, Ermənistanın Gəncə şəhərinə raket hücumunu müharibə cinayəti adlandıran Prezident İlham Əliyev Azərbaycanın bu cinayətə layiqli cavab verəcəyini deyib.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.8.