Milli Kitabxananın növbəti virtual sərgisi

 

 

Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağ abidələri təkcə maddi mədəniyyət deyil, həm mənəviyyat tariximizin səhifələridir.

 

XX əsrin sonlarında Ermənistanın törətdiyi təxribat fəaliyyəti, Azərbaycana qarşı başlatdığı işğalçılıq müharibəsi Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı.

 

İşğal altındakı torpaqlarımızda davam edən erməni vandalizmi Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın ediblər. Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən siliblər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.

 

Qarabağın tarixi abidələrinin məhv edilməsi mədəniyyət mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.

 

Bu irsin tanıdılması məqsədilə Milli Kitabxananın əməkdaşları tərəfindənQarabağ abidələriadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri, xəritələr, fotolar, tarixi-memarlıq abidələri onlar haqqında məlumatlar nümayiş olunur.

 

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.6.