Əsgərlərimizin döyüş
ruhunu yüksəltmək üçün
yeni musiqi əsərləri
yazılır
Gəncə XII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Burada çoxlu sayda qədim tarixi-memarlıq abidələri, o cümlədən, Nizami Gəncəvinin məqbərəsi, muzeylər, məscidlər, karvansaralar və s. mövcuddur. Gəncə şəhərinin qədim musiqi ənənələrinə malik olması dahi şair Nizaminin şeirlərində öz əksini tapmışdır. Gəncə şəhəri həmçinin Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Qəmbər Hüseynli və başqa görkəmli şəxsiyyətlərin vətənidir.
Bu sözlər Azərbaycan Bəstəkarlar İttifaqının erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə qarşı törətdiyi terror aktı ilə bağlı bəyanatında qeyd olunub.
Bəyanatda Azərbaycan Bəstəkarlar İttifaqının doğma torpaqlarımızın azad edilməsi yolunda mübarizə aparan Azərbaycan Ordusuna dəstəyi ifadə olunur. Qeyd edilir ki, Bəstəkarlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə köçürüb.
“Bütün bəstəkarlarımız
əsgərlərimizin döyüş ruhunu yüksəltmək üçün
yeni mahnı və marşlar
yazmağı özlərinə şərəfli vəzifə
bilirlər. Respublika Radiosu
və Televiziyası ilə verilən hər yeni
informasiyadan sonra bəstəkarlarımızın
yazdığı yeni vətənpərvərlik
əsərləri səsləndirilir. Lirik
səciyyəli əsərlərdən qəhrəmanlıq
marşlarınadək müxtəlif üslubları əhatə
edən bu əsərlərin hər birində
qələbəyə sonsuz inam hissi
aşılanır”, – deyə bəyanatda bildirilir.
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.3.