Hacıquluların malikanəsi (Şuşa)
Hacıquluların malikanəsi Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. Malikanənin təməli 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlu tərəfindən qoyulub.
Şuşa şəhərinin
1992-ci ildə Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalı zamanı Hacıquluların malikanəsi top atəşinə tutularaq
divarları dağıdılmışdı. Hazırda malikanənin
yalnız xarici divarlardan
ibarət xarabalığı qalıb.
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.4.