Məlik Əjdər türbəsi
(Laçın rayonu)
Ermənistan tərəfindən işğal olunan
Laçın rayonunun Cicimli
kəndi yaxınlığında geniş
məzarlıq içərisində iki
türbə yanaşı ucalır. Onlardan
tarixən qədim olanı, pir kimi ziyarət edilən, yerli
əhalinin Məlik Əjdər türbəsi kimi
tanıdığı qəbirüstü abidədir. XIV əsrdə
tikilən türbənin üzərində olan
kitabə ərəb dilindədir. Həmin kitabə
aşınmaya məruz qaldığı üçün
tam olaraq oxunması mümkün olmayıb.
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.4.