Vətənimizi sonadək müdafiə etməyə hazırıq!

 

 

Ölkəmizin Rus İcmasından Rusiyanın ermənipərəst dairələrinə cavab

 

“Ölkənin etnik rus vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyir. Biz Ordumuzun, igid hərbi qulluqçularımızın nümayiş etdirdiyi dözüm və rəşadətə görə onlara təşəkkür edirik! Vəziyyətdən asılı olmayaraq, Azərbaycanın rus əhalisi 90-cı illərin əvvəllərində olduğu kimi, daim Azərbaycan xalqı ilə, qardaşlarımızla çiyin-çiyinə dayanmağa və Azərbaycan sərhədlərinin möhkəmlənməsi hüququnu qoruyaraq Vətənimizi sonadək müdafiə etməyə hazırdır!”.

 

Bu sözlər Azərbaycanın Rus İcmasının bəyanatında vurğulanır.

 

Rus icmasının bəyanatı eyni zamanda Ermənistanın növbəti təxribatı ilə başlanmış hərbi əməliyyatlarla bağlı Rusiyanın bir sıra media vasitələrində səslənən qərəzli mülahizələrə, anti-Azərbaycan fikirlərinə cavabdır.

 

Məlum olduğu kimi, Azərbaycan dövləti Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna əhəmiyyət verir. Ölkələrimiz arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli münasibətlərin çoxvektorlu xarakterini müəyyən edirpraktiki olaraq bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına imkan verir. Humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bu gün Azərbaycan postsovet məkanında rus dilininrus diasporunun vəziyyəti baxımından ən yaxşı nümunələrdən biridir.

 

Azərbaycan dövləti Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş səylərini də hər zaman qiymətləndirib. Lakin təəssüf ki, erməni tərəfin humanitar atəşkəs haqqında Moskvada əldə olunan razılaşmanın pozulmasına yönəlmiş fasiləsiz provokasiyaları ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən Rusiyanın bütün səylərini heçə endirir.

 

Rusiyanın ermənipərəst dairələri hər vasitə ilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə və Azərbaycanın müsbət obrazını hörmətdən salmağa çalışır və təbii ki, onların bu pozucu fəaliyyəti narahatlıq doğurur. Rusiyada erməni diasporunun təsiri altında olan bəzi kütləvi informasiya vasitələri, politoloqlar və ekspertlər hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün təqsiri Azərbaycan tərəfin üzərinə yıxmağa çalışırlar. Jurnalist Vladimir Solovyovun təxribatçı verilişləri buna əyani sübutdur.

 

Lakin biz şübhə etmirik ki, Azərbaycana münasibətdə düşmənçilik xarakteri daşıyan, erməni diasporunun rəvac verdiyi belə təzahürlər Rusiya ictimaiyyəti tərəfindən dəstəklənməyəcək və xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərinə təsir göstərə bilməyəcək. Ermənistanın növbəti təxribatı ilə əlaqədar Azərbaycanın Rus İcmasının bəyanatı da Solovyov kimilərə cavabdır.

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S.3.