Düşmənin barbarlığı sərhəd
tanımır
Tərtər qəbiristanlığında
dəfn mərasimi topa tutulub:
4 ölü, 4 yaralı
Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 15-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin vaxt orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu, 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Sentyabrın 27-dən oktyabrın 15-dək ermənilərin
yaşayış məntəqələrini atəşə
tutması nəticəsində 46 mülki
şəxs həlak olub, 220-dən çox şəxs yaralanıb.
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.1.