El bilir
ki, sən mənimsən...
Tanınmış sənətçilər
Səməd Vurğunun
“Azərbaycan” şeirini
səsləndirib
El bilir ki, sən
mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!...
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...
Mədəniyyət Nazirliyinin dəstəyi ilə cəmiyyətimizdə,
xüsusilə yeniyetmə
və gənclər arasında vətənsevərlik
ruhunun inkişafı,
milli mədəni yaddaşın bərpası
məqsədilə yeni
videoçarx hazırlanıb.
Videoçarxda Azərbaycanın tanınmış
sənətçiləri Səməd
Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini səsləndirib.
Böyük şairin ölməz misraları xalq artistləri Ramiz Novruz, Alim Qasımov,
Tünzalə Ağayeva və Fəxrəddin
Manafovun dilində səslənib.
Videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://www.youtube.com/watch?v=Kihc7rSc3tw
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.2.