Şəhid polkovnikin şəxsi əşyaları Tarix Muzeyində

 

 

Bu ilin iyul döyüşlərində şəhid olan polkovnik İlqar Mirzəyevin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

 

Muzeydən bildirilib ki, mərhumun təqdim olunan şəxsi əşyaları arasında onun hərbi geyimi, papaq və çəkməsi, hərbi səhra çantası var. Əşyalar muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Aygün Quliyevanın vasitəsilə şəhidin ailəsi tərəfindən təqdim olunub.

 

Qeyd edək ki, İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani rayonunda doğulub. 1995-ci ildən leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. O, 2020-ci il iyulun 14-də Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı şəhid olub.

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S.6.