Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksi (Şuşa)
1982-ci ilin yanvar ayında məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olmuşdu. Mərasimdə respublikanın rəhbəri, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak etmişdi.
Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilmişdi. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri
tərəfindən Şuşa şəhərinin
işğal edilməsi nəticəsində
kompleksin binası və burada
sərgilənən onlarla eksponat
məhv edilmiş, daşınması mümkün olan eksponatlar isə Ermənistana
aparılmışdı.
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.3.