Bir “Cəngi”lik Zəngilan vüsalı
27 illik
həsrətin bitdiyi bu yurd yerimizin
də zəngin tarixi-mədəni irsi var
Zəngilan mənfur ermənilərin
işğala məruz
qoyduqları sonuncu rayonumuz idi. Qəribədir, xalqın “Söz vaxtına çəkər”
deyimi burada lap yerinə düşdü.
1993-cü ilin elə bu vədələri
- oktyabr ayı idi.
Qızılı payız o yerlərə boranlı qış sorağı ilə gəlmişdi. Hər gün işğal,
ölüm-itim xəbərləri
ilə doğma yurdunda qorxu, həyəcan içində
yaşayan zəngilanlıların
müqavimətinə baxmayaraq,
nəhayət, oktyabrın
29-da rayon erməni silahlı
birləşmələri tərəfindən
işğal edilmişdi.
Beləcə, bu səfalı rayon da öz sakinlərinin əl-ayaq izinə, hənirinə həsrət
qalmışdı...
Talenin işinə,
rəşadətli Ordumuzun
şücaətinə bax
ki, biz uzun illərdən sonra yenidən, bir-bir itirilmiş torpaqlarımızın
azad edilməsini bayram edirik. Şükür
olsun ki, Zəngilan adlı həsrətimizə də
qovuşduq...
Tarix
Rayon kimi 1930-cu ildə
təşkil olunan Zəngilan ərazisi ən qədim insanların yaşayış
məskənlərindən hesab edilir. Bölgədə mövcud olan bir neçə mağara (Əsgülüm
və Süsən dağlarında) ərazidə
ibtidai insanların yaşayışından xəbər
verir.
Hələ XIX əsrin əvvəllərində
Rusiyanın Qafqazı
işğal etməsindən
sonra yeni inzibati ərazi bölgüsü aparıldı. Bölgü nəticəsində
Zəngəzur qəzası
Gəncə quberniyasına
tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdu. 1920-ci ilin 28 aprel
işğalından sonra
bolşeviklərin köməyi
ilə qədim türk torpaqları hesabına ərazilərini
genişləndirməyə çalışan ermənilərə
böyük bəxşiş
edildi. Rusiyanın təkidi ilə
Zəngəzur Azərbaycanın
əlindən alınaraq
Ermənistana birləşdirildi.
Nəticədə qəzanın yuxarı
hissəsi Ermənistanın,
Laçın, Qubadlı
və Zəngilan bölgələri isə
Azərbaycanın tərkibində
qaldı.
1967-ci ildə Zəngilana
şəhər statusu
verilib. Həmin vaxt Zəngilan
rayonunun bir şəhəri, 5 qəsəbəsi
və 79 kənd vardı.
Sufilər oylağı
Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi
keçmişə malik
bölgələrindəndir. Rayon ərazisindən axan Həkəri çayının
hövzəsində özünün
tarixi ornamenti ilə seçilən onlarla türbə vardı. Bunlardan Zəngilan rayonunun
Məmmədbəyli kəndində
yerləşən səkkizguşəli
Xacə Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz
memarlıq-konstruktiv formasına
görə seçilirdi.
Türbənin ətrafında Orta
əsr qəbiristanlığı
yerləşirdi. Türbədən bir qədər aralıda isə Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyasəddinin (XIV əsr) məzarı, ətrafında isə şeyxin davamçılarının
pərakəndə şəkildə
başdaşıları yerləşirdi.
Yazıların poliqrafik
xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi
xanəgahının fəaliyyət
dövrünü XIII-XIV əsrlərə
aid edirlər. Bu ərazilərdə
həmin dövrə
aid sənduqə, başdaşı
formalı, qoç,
at heykəlli qəbir
daşları ərəb,
fars və
Azərbaycan dillində
yazılarla xalqımızın
həyat və məişətini əks
etdirir. Bu tarix
yadigarları Azərbaycanın
tarixinə, toponimikasına,
xalq təbabətinə,
etnogenez məsələlərinə
aydınlıq gətirir,
ölkəmizin Orta əsr mədəni həyatına dair bir sıra məsələləri
işıqlandırır.
Məmmədbəyli kəndindəki səkkizbucaqlı
şəklində yuxarısı
piramidalı günbəzlə
tamamlanan bu türbənin divarları
xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Sərdabə hissəsi içəridən
kvadrat planda tikilən abidənin giriş qapısının
üstündə nəsx
xətti ilə yazılmış ərəbcə
kitabə də vardı. Kitabədəki mətndə tikilinin
Yəhya ibn Məhəmməd əl-Həcc
Seyid Əlinin türbəsi olduğu qeyd edilir.
Şəhri-Şərifana tərəf
XIV əsrdə
yaşamış məşhur
coğrafiyaşünas və
tarixçi Həmdullah
Qəzvininin yazdığına
görə, Zəngilanın
əsası hicri tarixinin 15-ci ilində, yəni 636-637-ci illərdə
qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var.
Rayon ərazisində Xudafərin
suqovşağının yaradılması
ilə əlaqədar
olaraq, burada 1974-cü
və 1979-cu illərdə
arxeoloji qazıntı
işləri aparılıb. Məlum olub
ki, ərazi memarlıq abidələri
ilə zəngindir.
Bunlardan biri Şərifan kəndində yerləşən
Şəhri-Şərifan (və ya Şəriban,
Şabran) abidəsidir.
Bu abidənin böyük bir hissəsini Həkəri çayı yuyub aparıb.
Tədqiqat materiallarında şəhər
qalığının 9 hektara
yaxın sahəni əhatə etdiyi qeyd olunur. Təbii-coğrafi və strateji baxımdan əlverişli
mövqedə yerləşən,
qərbdən dağ silsiləsi, şərqdən
Həkəri çayının
sıldırım sahili
ilə əhatə olunmuş şəhər
qalıqlarının yaxınlığında
iki qəbiristanlıq
da müəyyən edilib. Onlardan biri şəhərin
varlı əhalisinə
məxsus sərdabə
tipli qəbirlərdən
ibarətdir. Onlar
ağ daşla
inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvarı
hissədə həndəsi
formada naxışlanıb.
İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində, üstü
dirəklərlə örtülən
qəbirlərdən ibarət
olub.
Şərifanda aparılan qazıntılar
zamanı xeyli miqdarda maddi mədəniyyət qalıqları
da aşkar edilib. Arxeoloji materiallara əsasən,
şəhərtipli yaşayış
məskəni hesab edilən Şərifan XIV
əsrdə salınıb
və XVII əsrə
kimi burada intensiv yaşayış olub. Bunu isbat edən
mənbələr kimi
tarixi memarlıq abidələrini – küp qəbirləri (b.e.ə.
IV-II əsrlər – Yeməzli
kəndi), Koroğlu daşını (VII-VIII əsrlər
– Ağ oyuq düzü), Bartaz Qız qalasını (XIV əsr – Bartaz kəndi) xüsusilə göstərmək olar.
Qeyd edək ki, Yeməzli
və Bartaz kəndlərində qədim
alban kilsələri də mövcud olub.
Yağının dağıtdığı abidələr
Erməni vandallarının işğal
siyasətinin əsas məqsədlərindən biri
də əzəli torpaqlarımızdakı tarixi-mədəniyyət,
dini abidələrimizi
dağıtmaq idi ki, bu iyrənc
niyyətlərini də
qısa zamanda reallaşdırdılar. Onlar İslam
memarlığına məxsus
tikililəri – türbə
və məscidləri
viran qoydular. Bu terrordan özünəməxsus
memarlıq həlli olan məscidləri ilə tanınan Zəngilan da öz nəsibini aldı və bizə sadəcə tarixi faktların susqun statistikası qaldı...
Zəngilan şəhərində yerləşən
İslam memarlığı
nümunələrindən biri İmam Hüseyn məscidi idi. Məscidin Səfəvilər dövründə (XVII-XVIII əsrlər)
tikilməsi ehtimal olunur. 12 x 20 metr ölçülü
məscidin inşasında
əsasən yerli əhəngdaşından istifadə
edilib. Bu məsciddən əlavə
5 yerli əhəmiyyətli
dini tikili də erməni barbarlığının qurbanı
olub.
Rayon ərazisində ölkə
əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidələrindən
Dairəvi qüllə
(Hacıalılar kəndi),
Qız qalası (Əmirxanlı kəndi), Yenikənd və Şərifan kəndlərindəki
iki Orta əsr sərdabəsi, eləcə də yerli əhəmiyyətli qəsr və qalalar da erməni
vandalları tərəfindən
dağıdılıb.
Hazırladı: Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.1;7.