Yazarlarımızın əsərləri Fransada çapdan çıxıb

 

 

Fransanın Strasburq şəhərində soydaşlarımız tərəfindən yaradılan “Kəpəz” nəşriyyatında dörd həmyerlimizin əsəri – Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü” və Mübariz Örənin “Sodomor” kitabları işıq üzü görüb.

 

Çap edilən kitablar Fransanın iri nəşriyyat-yayım şirkətlərinin satış siyahısındadır. Hazırda nəşriyyatda 13 kitab üzərində də gedir.

 

Arzulardan sonrakı şəhər” romanı müharibə mövzusundan bəhs edir və kitabın təqdimatında müəllifin doğulduğu Laçın rayonunun işğal altında olduğu qeyd olunub. Roman nəşriyyat tərəfindən Fransadakı ədəbi müsabiqələrə də təqdim ediləcək.

 

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.8.