İşğal altındakı
tarix-mədəniyyət abidələrimizə dəyən zərər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə çərçivəsində eyniadlı kitab və fotoşəkillərdən ibarət kataloq işıq üzü görüb.
Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalı nəticəsində məhv edilən abidələrin taleyi ilə bağlı faktlar, Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumatlar yer alıb. Kataloqda isə Qarabağ və ətrafındakı ərazilərdə vandalizmə məruz qalmış milli mədəni abidələrin dağıntıdan öncəki və sonrakı fotoşəkilləri öz əksini tapıb.
Tədqiqatçı alim Faiq İsmayılovun müəllifi olduğu nəşrlərə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə ön söz yazıb.
Layihə bu gün Cənubi Qafqazda təhlükəsizliyə
və sabitliyə ciddi mane
olan erməni təcavüzkarlığını,
Dağlıq Qarabağ münaqişəsi
zəminində baş verən vandalizm siyasətini oxuculara
çatdırmaq və dünya birliyinin bu problemə
münasibətdə ədalətli mövqe
tutması məqsədi daşıyır. Nəşrlərdə
yer alan tarixi faktlar Azərbaycan, rus, ingilis və fransız
dillərində oxucuya təqdim olunur.
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.6.